Dərini gül kimi edən gül suyu

Gül suyu üz üçün faydalı olan təbii vasitələrdən sayılır.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, dəri yaşlaşmasının qarşısının alınmasında, alt qatlara daxil olaraq oradakı piy və çirki təmizləməkdə onun müstəsna əhəmiyyəti var. O, pilinqdən sonra üzdəki gərginliyi, quruluğu və qaşıntını aradan qaldırır, üzdə yaranmış qızartını götürür, simanı canlı və parlaq göstərir.

 

Gül suyu üzdəki civzələri aradan qaldırır. Makiyajdan əvvəl üzə vurulması simanın daha təbii və qüsursuz görünməsini təmin edir, gözaltı torbaları və şişkinliyi aradan qaldırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir