Ağcabədi rayon sakini Bərdə rayon Doğum evində ölü əkiz döl dünyaya gətirib.
Medpress.az open.az-a istinadla xəbər verir ki, fevralın 24-də günorta saat bir radələrində rayonun Şənlik kənd sakini, 23 yaşlı Ziba Qurbanova şiddətli ağrılarla Bərdə rayon Doğum evinə müraciət edib.
Müayinələr nəticəsində ananın bətnindəki döllərin ürək döyüntüləri qeydə alınmayıb.
Süni doğuşla ananın bətnindəki oğlan uşaqlarına məxsus iki döl xaric edilib.