Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.
Medpress.az-ın Ermənistan mediasına istinadən bildirir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan virusun ölkədə yayıldığını təkzib etməyə cəhd göstərib: “Gəlin, buna “donuz qripi» deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.
Ermənistan Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yanvarın 8-də «donuz qripi» əlamətləri ilə 642 nəfər poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.
Məlum olduğu kimi, qonşu Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı artıq 11-ə çatıb.