Ən dəhşətli xəstəliyin ən adi SƏBƏBİ

Kaliforniyalı tibb mütəxəssisləri altshaymer xəstəliyinin yaranma səbəbinin tapılması haqda məlumat veriblər. Alimlərin araşdırmasına görə, bu xəstəliyə parodontiti (diş əti iltihabı) yaradan “Porphyromonas gingivalis” bakteriyalarının səbəb olduğu üzə çıxıb. Belə ki, orqanizmin “Porphyromonas gingivalis” bakteriyalarından müdafiə üçün formalaşdırdığı amiloid lövhələr ağız boşluğu vasitəsilə beyinə  keçir və altshaymer xəstəliyinə səbəb olur.

 

Medpress.az xarici KİV-ə istinadən bildirir ki, daha bir sevindirici xəbər isə bu bakteriyaları məhv edən dərman preparatının bu il tibbi sınaqlardan keçəcəyinin və artıq ilin sonuna satışa buraxılma ehtimalının olmasıdır.

 

Həmçinin, ötən il “Porphyromonas gingivalis” bakteriyalarının səbəb olduğu diş əti xəstəlikləri əleyhinə zərdab hazırlanmasına da başlanılıb. Zərdab və dərmanın hələ hazır olmadığı müddətdə isə bizə dişlərimizi tez-tez təmizləmək və diş əti qanamaları zamanı həkimə getməyi uzatmamaq düşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir