Düyü suyunun nə qədər faydalı olduğunu bilirdiniz?

Düyü olduğu qədər düyü suyunun da insan orqanizminə bir çox faydası var. Mütəxəssislər, suda saxlanılan düyü suyunun atıllmamasını, bu suyun insan sağlamlığına çox faydalı olduğunu, hər gün 1 stəkan düyü bulyonunun metabolizmə töhfəsi olduğunu bildiriblər.

 

Medpress.az xarici mediaya istinadən düyü suyunun faydalarını təqdim edir.

 

Düyün suyunu atmayın

 

Düyü B1, B2 və E vitaminləri, dəmir, fosfor, kalium, natrium, kalsium və maqnezium baxımından olduqca zəngindir. Un və yağı da əldə edilərək istifadə edilən düyü, daha bir çox şəkildə süfrələrə qoyula bilər.

 

Mədə və bağırsaq sağlamlığı üçün çox əhəmiyyətlidir

 

Düyünün həzm sistemi və bağırsaqları tənzimləyici təsiri var. Düyü suyunun da bağırsaq sağlamlığı üçün əhəmiyyəti böyükdür. Bişirmədən əvvəl suda saxlanılan düyü bütün vitamin və mineral saxlandığı suya buraxır.

 

Saçların tez ağarmasının qarşısını alır

 

Qadınların yaşlanmağa başladıqca saçlarının ağardığı məlumdur. Xüsusilə asiyalı qadınların saçlarının gec ağarmasının səbəbi hər gün saçlarını düyü suyu ilə yumalarıdır. Düyü suyu saç köklərini gücləndirir və saçlarda əmələ gələn kəpəklənmə, qırılma və ya ağarma kimi halların baş verməsinə böyük ölçüdə mane olur.

 

Xolesterin səviyyəsini tarazlıqda saxlayır

 

Düyü suyu istifadə edildikdə, bədəndəki xolesterin səviyyəsi tarazlıqda qalır. Bunun sayəsində baş vermə ehtimalı olan ürək xəstəliklərinə mane olduğu, köklük kimi xəstəliklərə qarşı bədənin müqavimətini artırdığı məlumdur.

 

Düyü suyunu yeməklərdən əvvəl istifadə edin

 

Xüsusilə yeməklərdən əvvəl düyü suyu istifadə edilməsi mədə turşusunu tarazlaşdırır və mədənin pozulması problemini aradan qaldırır.

 

Dəri təmizliyində istifadə edin

 

Bir çox kimyəvi tərkibi olan üz təmizləmə tonikləri yerinə evdə suya qoyduğunuz düyünün suyu ilə dərinizə tonika təsiri yarada bilərsinizTərkibində olan yüksək antioksidant xüsusiyyəti sayəsində daha təzə və parlaq dəriyə sahib ola bilərsiniz. Dərinizdə meydana gəlmiş yanıq, qızartı, ləkə və digər dəri narahatlıqlarınızda da düyü suyundan rahatlıqla istifadə edə bilərsiniz. Əvvəl üzünüzü yuyub, daha sonra düyü bulyonunu qızartı və ya ləkə olmuş yerlərə sürtüb üz dərisinin uzun müddətə düzəldiyini görəcəksiniz.

 

Düyü suyu çəkiyə məhəl qoymaz

 

Yemək hazırlanan düyünün çəki artırma xüsusiyyəti olduğu bəllidir və ağıllara düyü suyunun da çəkini artıra biləcəyi gəlir. Lakin bu, yanlış məlumatdır. Düyü bulyonunun içində yağ olmadığına görə çəki artmasına səbəb olmaz. Hətta metabolizmi canlandırdığı üçün çəkinin azalmasına köməkçi olar.

 

 

 

(Visited 299 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir