“Bloomberg” tərəfindən hazırlanan Ən Sağlam Ölkələr İndeksində İspaniya 169 ölkə arasında ilk sırada yer alıb. Siyahı orta ömür gözləntisi, ekoloji faktorlar, siqaret istifadəsi və köklüklə mübarizə kimi müxtəlif meyarlara görə hazırlanıb.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, 2019-cu il indeksində ilk onluqda başlıca olaraq Avropa ölkələri yer alıb. Asiyanın ən sağlam ölkəsi olaraq Yaponiya ilə yanaşı, Avstraliya və İsrail də ilk onluğa düşüb.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, İspaniya, ən yüksək həyat arzusuna malik Avropa Birliyi ölkəsidir.
İspaniyada orta ömür istəyinin 2040-cı ilə qədər 86-ya çatması gözlənilir. Bu halda İspaniya bu sahədə dünya lideri olacaq. İspaniyanı bu göstəriciyə görə Yaponiya, Sinqapur və İsveçrənin izləyəcəyi ehtimal edilir.
İspaniyada uşaq, qadın və yaşlılara qarşı önləyici səhiyyə xidmətləri sayəsində son 10 il ərzində ürək-damar xəstəlikləri və xərçəngdən ölümlərdə azalma qeydə alınıb.
Aralıq dənizi pəhrizi ürək xəstəliklərini azaldır
Tədqiqatçılar, İspaniya və siyahıda ikinci sırada yer alan İtaliyadakı qidalanma vərdişlərinin bu ölkələrin sağlamlıq səviyyələrini yüksəltməkdə mühüm bir göstərici ola biləcəyinə diqqət çəkir.
Navarra Universiteti Tibb fakültəsinin araşdırmasına görə, süzülmə zeytun yağı və fındıq-fısdıqla dəstləklənən Aralıq dənizi pəhrizində, az yağın üstünlük verildiyi qidalanma tərzinə görə daha az ürək problemləri yaranır.
ABŞ-da kökəlmənin çox olması ilə bərabər artan narkotik istifadəsi və intiharlar, dünyanın ən böyük iqtisadiyyat ölkəsinin sıralamada geriləməsinə səbəb olub.
Kuba ABŞ-ı keçdi
Şimali Amerikada, 16-ı sırada yer alan Kanada, ABŞ və Meksiyayı geridə buraxıb. Siyahıdakı Kuba 35-ci sıradakı ABŞ-ın beş pillə önündə yer alır.
ABŞ-da orta ömürün nisbətən aşağı olması həddindən artıq dozada narkotik istifadəsi və artan intiharlara izah olunur.
Asiyada Cənubi Koreya yeddi pillə birdən yüksələrkən 1,4 milyard əhalisi olan Çin 52-ci yerdədir. Çindəki orta ömür müddətinin 2040-cı ildə ABŞ-ı ötməsi gözlənilir.
Siyahının aşağı sıralarında isə Afrika ölkələri var.