Bu yaxınlarda özüm üçün pis bir xəbər öyrəndim. Sən demə, ən sevimli içkim mənə sağlamlıq üçün zərərli olan digər istənilən yeməklərdən daha çox ziyan vurur. Halbuki tamamilə başqa cür fikirləşdirdim. Ancaq alimlər var ki, onlar bizim bu sahədəki yanlış fikirlərimizi təkzib etməyi xoşlayırlar.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Laboratory Investigation jurnalında çap olunan məqalədə bütün dünyada təbii inqrediyentlərdən hazırlanan içkilərin planetdə ən zərərli içkilərdən biri olduğu təsdiqlənir. Qeyd edilir ki, onların qəbulu orqanizm üçün bir çox mənfi nəticələrə gətirib çıxara bilər.
Alimlərin eksperimentinə cəlb olunan könüllülərə 1000 kalori təşkil edən bir içki içirilib. Bundan bir neçə saat sonra eksperimentə cəlb olunanların damarlarında qiymətləndirmə aparılıb.
Eksperimentin nəticəsinə görə, müəyyən edilib ki, araşdırma iştirakçılarının damarlarının elastikliyi mənfi tərəfə dəyişib, bu zaman qırmızı qan cisimciyi deformasiyaya uğrayıb. Qan cisimciklərinin dəyişilmiş forması isə orqanizmin immun imkanlarına mənfi təsir göstərir, bu da müvafiq olaraq ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxara bilər.