Dayə iki aylıq oğlanı öldürüb valideynlərinə yatan uşaq kimi verdi

Amerikanın Viskonsin ştatında dayə iki aylıq oğlanı öldürəndən sonra onu valideynlərinə yatmış uşaq kimi maskalayaraq verib. 28 yaşlı Marissa Titsort ölən körpəyə kombinezon geydirib, avtomobildəki qoltuqlu kürsüyə qoyaraq bu şəkildə işəgötürənlərə verib. Sonradan ekspertiza müyyənləşdirib ki, körpə bir neçə saat əvvəl başından küt alətlə vurularaq öldürülüb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Marissa özünün 6-cı uşağa hamilə olduğu və uşaqlarla amansız rəftarı ilə tanınıb.  

 

Öldürülən oğlanın anası Meqan Roys onu götürməyə gələndə, əvvəlcə şübhəli heç nə müşahidə etməyib. Yalnız bir müddət keçəndən sonra başa düşüb ki, körpənin dərisi soyuqdur. Marissa sonradan polislərə etiraf edib ki, uşağın öldüyünü bilib, lakin onu öldürməyib.

 

Təqsirkar hesab olunan qadın hətta uşağı xilas etməyə cəhd etməyib və anası gələnə qədər meyitlə birlikdə Makdonaldsa da girməyə macal tapıb. Bu zaman Meqanın yanında böyük oğlu olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir