Bu ölkədə qadınlardan iş yerində ailəsi haqqında soruşmaq qadağan edildi

Çində qadınları işə götürəndə onlardan ailə və uşaqlar haqqında soruşmaq qadağan edilib. Bundan sonra ölkədə söhbət apararkən ərizəçinin cinsinin və yeni işçilərin planlarının nəzərdən keçirilməsi qanunla qadağandır.  Bundan əlavə, iş üçün tibb komissiyasından keçərkən məcburi analizlərin siyahısından hamiləlik testi də götürüləcək.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qaydaları pozanlar 10 mindən 50 min yuana qədər çərimələnəcəklər. Ciddi qanun pozuntuzu zamanı HR şirkəti lisenziyadan məhrum oluna bilər.

 

İqtisadi baxımdan dünyanın ikinci ən böyük dövləti olan Çin Asiyada ən çox qadın işçisi olan ölkədir. Ancaq son illər bu göstərici azalmağa başlayıb.

 

Dünya Bankının məlumatına görə, 1990-cı illərdə yaşları 15-dən yuxarı olan qadınların 73 faizi işləyirdi. 2018-ci ildə  bu göstəribu 61 faizə qədər aşağı düşüb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir