Bir ailənin iki gəlini qazdan zəhərləndi – QOBUSTANDA

Qobustanda bir ailənin iki gəlini dəm qazından boğulub.

 

Medpress.az bildirir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

 

Kənd sakinləri, 32 yaşlı Vüsalə Xəlilova və eltisi, 26 yaşlı Azadə Xəlilova hamamda olarkən dəm qazından zəhərləniblər. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onları bu vəziyyətdə ailə üzvləri tez aşkarlayıb və Qobustan Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

 

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hər iki qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir