Bakıya sulu qar yağır

Bu gün saat 12:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

 

Medpress.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahın operativ məlumatında deyilir.

 

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir.

 

Respublikanın rayonlarının əksəriyyətində, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir