Azərbaycan Dövlət Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib.
Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Pedaqoji Universitetinin təşkil etdiyi aksiya Dünya QİÇS-lə Mübarizə və Beynəlxalq Könüllülər Gününə həsr olunub.
Aksiyada universitetin müəllim və tələbələri müayinə olunandan sonra qan veriblər. Toplanan qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub.