Tanınmış aparıcı və jurnalist Tahirə Məmmədqızı onkoloji xəstəliyə yoluxub.

Medpress.az bildirir ki, jurnalist bu haqda «İnstagram» hesabında məlumat yayıb:
«10 günə ağır əməliyyata gedəcəm. Allah bütün bəndələrinə kömək olsun, biz də içində. Ümid edirəm ki, əməliyyatdan sağ-salamat çıxıb, oğlumu tək qoymayacam».







