Azərbaycanın milli uşaq strategiyası hazırlanıb

Azərbaycanın milli uşaq strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

 

Medpress.az bildirir ki, bu barədə “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

 

Onun sözlərinə görə, həmin layihəyə bütün dövlət qurumları baxıb: “Biz Nazirlər Kabinetinin 2019-cu ildə həmin layihəni təsdiqləyəcəyini gözləyirik”.

 

Komitə sədri qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı öhdəlik götürüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir