Azərbaycandakı tibb müəssisələri akkreditasiyadan keçiriləcək

Martın 11-də Səhiyyə Nazirliyinin Elmi-tibbi şurasının növbəti iclası keçirilib.

 

Medpress.az-a nazirlikdən verilən məlumata görə, innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, davamlı tibbi təhsil tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və digər məsələlər iclasın gündəliyinə daxil edilib.

 

İclasda Səhiyyə Nazirinin müavini Rahim Əliyev, İctimai səhiyyə və islahatlar mərkəzinin direktoru Qəhrəman Haqverdiyev,  Səhiyyə Nazirliyinin “Tibbi yardımın təşkili” şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövuzlarla bağlı məruzələr ediblər.

 

İctimai səhiyyə və islahatlar mərkəzinin tətbiq etdiyi Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir