2019-cu ilin gəlişindən sonra paytaxt Bakıda növbətçi həkimlər gərgin işləməli olublar. Yeni il gələn kimi Bakıda bir neçə körpə dünyaya gəlib.
Medpress.az-ın verdiyi xəbərə görə, Orxan adlı körpə Azərbaycanın 2019-cu ildə doğulan ilk vətəndaşı olub. O, yeni ilin ilk dəqiqələrdində dünyaya gəlib.
Həkimlər Orxanın çəkisinin 3 kiloqram və tamamilə sağlam doğulduğunu bildiriblər.
Günel İsmayılovanın Leyla adında qızı da Azərbaycanın bu il dünyaya gələn ilk körpələrindən olub.
7 saylı xəstəxanada yanvarın 1-də 7 körpə (4 oğlan və 3 qız) doğulub.
Dünyaya gəldikdə, UNİCEF-in məlumatına görə, 2019-cu ilin ilk uşaqları – oğlan və qız Fidci Respublikasının paytaxtı Suvada doğulub. İlin ilk əkiz körpələrinə qoyulan adlar isə açıqlanmayıb.
Təşkilatın saytında verilən məlumata görə, 2019-cu il yanvarın 1-də dünyada 395 minə yaxın körpə doğulub.