10 ayda 12 396 ailə dağıldı…

2018-ci ilin 10 ayında ölkədə 48 186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib. Medpress.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, qeydiyyat şöbələrində bu ilin yanvar-oktyabr aylarında 50 882 nikah və 12 396 boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

 

Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarında daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir