Azərbaycan-Belarus tibbi turizm əməkdaşlığı müzakirə olundu

Fevralın11-də Qlobal Turizm Şurasının sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, turizm sektoru ilə iş komissiyasının sədri Ruslan Quliyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

 

Medpress.az xəbər verir ki, Gennadi Axramoviçin dəvəti ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında 2019-cu il ərzində tibbi turizm sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Belarusun turizmin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. Görüşdə Belarus turoperatorlarının və tibb işçilərinin aprel ayının 4-6-da Azərbaycana, Azərbaycan turoperatorlarının isə may ayının əvvəllərində Belarusa səfərlərii, səfər çərçivəsində hər iki ölkənin sanatoriya-kurort və tibb müəssisələri ilə yaxından tanışlıq qərara alınıb.

 

Görüş zamanı Gennadi Axramoviç Azərbaycanın Qlobal Turizm Şurası kimi nüfuzlu turizm qurumuna sədrlik etməsindən qürur duyduğunu, ölkəmizin turizm sahəsində daha böyük uğurlara imza atacağına inandığını da vurğulayıb.      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir