Arterial təzyiqi aşağı salan 7 ədviyyat

İnsanın rasionuna daxil olan məhsullar arterial təzyiqin göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.

 

Medpress.az  xarici tibb mətbuatına istinadla bu göstəricilərin azaldılmasına gətirib çıxaran ədviyyatları təqdim edir.

 

Sarımsaq. Tərkibində antibakterial və antihipertenziv xassəyə malik allisin maddəsi olan sarımsaq qan damarlarını zəiflədir və genişləndirir, nəticədə arterial təzyiq effektli şəkildə aşağı düşür.

 

Hil. Tədqiqatçılar araşdırıblar ki, hilin gündəlik istifadəsi arterial təzyiqin əhəmiyyətli dərəcədə azalmasına kömək edir. Bu ədviyyat antioksidant hesab edilir, həmçinin güclü sidikqovucu xassəyə malikdir.

 

Darçın. Tədqiqatlar göstərir ki, darçından istifadə zamanı sistolik arterial təzyiq təxminən 5,39 mm civə sütunu, diastolik arterial təzyiq isə 2,6 mm civə sütunu azalır. Bu ədviyyatın sıyıqlara və digər xörəklərə qatılması məsləhət görülür.

 

Sarıkök. Onun tərkibindəki kurkumin adlı antioksidant arterial təzyiqi iltihabəleyhinə olan xassələri hesabına effektiv şəkildə aşağı salır. İltihab damarların bərkiməsinə və təzyiqin qalxmasına səbəb olur.

 

Zəncəfil. Tədqiqat göstərib ki, zəncəfil kalsium kanallarını təcrid edərək arterial təzyiqin azalmasına kömək olur. Ədviyyat, həmçinin əzələlərin sıxılmasını azaldır ki, bu da hipertoniya hallarında faydalıdır. Nəhayət zəncəfil damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

 

Kayen bibəri. Daha çox qırmızı bibər adı ilə tanınan bu bitkinin tərkibində olan kapsaitsin maddəsi arterial təzyiqin azalması işində neyrohormonal sistemlə birgə fəaliyyət göstərən sensor sinir tellərinə təsir edir.

 

Qara istiot. Bu ədviyyat ürək ritminin nəzarət edilməsinə və arterial təzyiqin tənzimlənməsinə yardım edən kaliumla zəngindir. Bundan başqa, qara istiotun tərkibindəki dəmir hipertoniya ilə mübarizədə təsirlidir.

 

One thought on “Arterial təzyiqi aşağı salan 7 ədviyyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir