Moskva ətrafındakı Şestovo kəndində beş nəfərin meyiti tapılıb.
Medpress.az Rusiya mediasına istinadən bildirir ki, müstəntiqlər hadisə yerinə gedib, onların ölümünün səbəbi hələ ki müəyyənləşdirilməyib.
İlkin versiya kimi onların ölümünə elektrik vurmasının səbəb olduğu bildirilib.
Mash teleqran-kanalı isə məlumat verib ki, 5 nəfər keyfiyyətsiz spirtli içkidən ölüb. Onların hansı spirtli içki qəbul etdikləri və onu haradan aldıqları da hələ ki məlum deyil.