Alimlərin gözlə bağlı yeni KƏŞFİ

İnsanın, sadəcə gözlərinə baxmaqla onun stress vəziyyətində yaşadığını başa düşmək olar. İnsan kiçik tapşırıqlara fokuslaşanda gözlənilməz dəyişikliklərlə qarşılaşır və bütün bunlara görə stress keçirir, onun bəbəklərinin ölçüsü dəyişir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, bunu Missuri Universitetinin alimləri təsdiqləyirlər.

 

Alimlərin sözlərinə görə, onların kəşfi insanın vəziyyətinin adekvat qiymətləndirilməsi sisteminin hazırlanmasına imkan verəcək.

 

Eksperiment çərçivəsində xüsusi sistem könüllülərin göz bəbəklərinə nəzarət edib.

 

Bu zaman könüllülər fabrikin simulyatoruna daxil olub, orada iki monitoru izləmək tələb olunub, bu zaman gözlənilməz nələrsə baş verib.

 

Sən demə, sadə tapşırıqları yerinə yetirərkən gözlərin hərəkəti gözlənilən olsa da, amma onlar gözlənilməz dəyişikliklər fonunda daha qarmaqarışıq olub.

 

Alimlər həmçinin NASA-nın topladığı məlumatlardan istifadə ediblər. Məlum olub ki, astronovtların göz ölçüsü stressə cavab olaraq dəyişir.

 

 

 

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir