Pakistanda ən azı 90 nəfərin, o cümlədən 65 uşağın onun günahı üzündən HİV virusuna yoluxmasına görə həkim həbs olunub. Həkimin virusa yoluxmuş şprisdən istifadə etdiyi ehtimal olunur.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, həkim özü də HİV-ə yoluxub.
Pakistan HİV virusunun ən az yayılan ölkələrdən biri hesab olunur.
Ancaq xəstəlik əsasən narkotik vuran, seks-biznes işçiləri və Fars körfəzindən qayıdan əmək miqrantları arasında yayılıb.