Ermənistanda “donuz qripi”ndən daha bir nəfər ölüb.
Medpress.az Ermənistan mediasına istinadən xəbər verir ki, 62 yaşlı kişi “donuz qripi”ndən xəstəxanada dünyasını dəyişib.
Onun analizlərində “A H1N1” virusu tapılıb. Ermənistanın Səhiyyə Nazirliyi bildirib ki, kişi xəstəxanaya çox gec müraciət edib.
Bundan əvvəl Ermənistanda 55 yaşlı qadın “donuz qripi” virusunun birinci qurbanı olub.