24 barmaqlı uşaq bu problemlə üzləşib

Adananın Ceyhan rayonunda, əl və ayaqlarında biri artıq barmaqla, yəni cəmi 24 barmaqla dünyaya gələn 9 yaşlı Demirhan, artıq barmağı olduğu üçün həm yazmaqda, həm də ayaqqabı geyməkdə çətinlik çəkir.

 

Medpress.az-ın Türkiyə mediasına istinadən bildirir ki, Nuray İşıq ilə Mustafa Demirbilek cütlüyünün əvvəlcə Dəniz adında uşaqları, bir müddət sonra da Demirhan (9) adını verdikləri uşaqları dünyaya gəlib. Demirhan əl və ayaqlarının hərəsində biri artıq barmaqla dünyaya gəlib.

 

Anası İşıq oğlunun 24 barmağı olmasına baxmayaraq,  artıq 4 barmağın sağlam olduğu üçün onları heç bir zaman kəsdirməyi düşünmədiyini deyib. 4 il əvvəl də İşıq həyat yoldaşından ayrılıb. Bundan sonra İşıq uşaqlarıyla birlikdə İstanbuldan Adananın Ceyhan rayonundakı atasının yanına yerləşib.

 

Bu arada, Demirhan Demirbilek böyüyəndə artıq barmaqları ilə əlaqədar problemlər yaşamağa başlayıb. 4-ci sinif şagirdi olan Demirbilek artıq barmağı olduğu üçün qələmi düzgün tuta bilmir, buna görə də məktəbdə də problemlər yaşayır.

 

Bundan başqa, qışda əli üşüyərkən özünə görə əlcək tapmadığı üçün altı barmaqlı xüsusi əlcək tikdirib. Demirbilekin ən çox çətinlik çəkdiyi şey isə ayaqqabı geyməkdir. Demirbilekin ayağına normal ayaqqabıcıdan aldığı ayaqqabılar olur, ancaq 6 barmağına görə ayağını vurur.

 

Nə uzun müddət yeriyə, nə də yoldaşları ilə uzun müddət futbol oynaya bilir. Anası məhdud imkanlarına baxmayaraq, oğluna 7-8 cüt ayaqqabı alıb, ancaq Demirbilek heç birini rahatca geyinə bilmir.

 

Qadın oğlunun ən böyük probleminin ayaqqabı olduğunu bildirərək, “24 barmaqlı olduğu üçün çox çətinlik çəkir, amma ən böyük çətinliyi ayaqqabı geyinərkən çəkir. Ona xüsusi ayaqqabı tikdirmək lazımdır, ancaq mən işləmirəm, maddi gücüm ona çatmır. Bir çox ayaqqabı alıram, amma hamısı ayağını vurur. Buna baxmayaraq, heç bir zaman barmaqları kəsdirməyi düşünməmişəm”, – deyib.

 

Anası oğlunun çox zəkalı olduğunu, aparılan testlərdə bunun ortaya çıxdığını, ancaq hələ də dövlət məktəbinə getdiyini, ən böyük arzusunun  zəkalı uşaqların getdiyi məktəbə getməsi olduğunu qeyd edib.

 

Demirhan Demirbilek isə 24 barmaqlı olduğu üçün çətinliklər yaşadığını bildirərək deyib: “Məktəbdə dostlarım dalğa keçir. Məni çox yadırğayırlar,  amma buna baxmıram, mənim onlardan fərqim var. Yazı yazarkən, futbol oynayarkən çətinlik çəkirəm. Ayaqqabı geyinmirəm, amma barmağımı kəsdirmək istəmirəm”.

 

 Demirbilek böyüyəndə də elm adamı olmaq istədiyini deyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir