1055 nəfərə verilən əlillik ləğv edildi – AZƏRBAYCANDA

Son 6 ayda 1055 nəfərə verilən əsassız əlillik təyinatı ləğv edilib.

 

Medpress.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.

 

Sahil Babayev əlilliyin qiymətləndirilməsi sisteminə 2018-ci ildə ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılan araşdırmalardan danışıb. Onun sözlərinə görə, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilərək, onlar dərhal ləğv edilib, ödənilmiş vəsaitin bərpası işləri görülüb, nəticədə 3 milon manat dövlət vəsaitinə qənaət olunub.

 

Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir