Аzərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) «medpress.az»a verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 141 nəfər və ya 0,5 faiz artaraq avqustun 1-i vəziyyətinə 9 943 226 nəfərə çatıb.
Bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.