Əl-ələ tutmaq ağrını azaldır – ARAŞDIRMA

İnsanların, xüsusən də doğma və yaxınların bir-birilərinə toxunması agrı hissini azaldır. Bu, həmçinin, həm agrıyan adamın, həm də onun əlini tutanın baş beyininin aktivliyini 8-12 Hz diapazonunda sinxronlaşdırır. Bunu agrı həssaslığının tədqiqi üzrə təcrübələrin gedişində fransız və İsrail alimləri müəyyən ediblər. Araşdırmanın nəticələri nüfuzlu elmi PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.

Məqalədə göstərilir ki, elm adamları daktil əlaqə (toxunmaq) ilə keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan insanların ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını müəyyən ediblər.

Araşdırmalara görə, yaxın adamın əlini tutmaq dəriyə basılan isti dəmirin ağrını uyuşdurduğu kimi təsir göstərir. Alimlər bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir. Belə ki, insanlar bir-birilərinə toxunaraq duyduqlarını qarşı tərəfə hiss etdirə bilirlər. Çünki bu zaman onların beyin dalğaları eyni frekansda “rəqs etməyə” başlayar. 

Hayfa Universitetindən Pavel Qoldşteyn (Pavel Goldstein) və həmkarları isə 23-32 yaşlı 22 cütlük üzərində eksperiment aparıb. Təcrübə zamanı partnyorları əllərini tutarkən, ya da fiziki təmas olmadan yanlarında oturarkən qadınların qollarına isti dəmir parçası toxundurulub. Partnyorunun əlini tutan qadınlar ağrını 34 faiz daha az hiss ediblər.

Araşdırma qrupunun qənaətinə görə, ağrının azalmasının böyük səviyyədə duyğusal yaxınlıqla əlaqəli olduğu düşünülür: “Partnyorun özünü onun yerinə qoyma hissi nə qədər güclüdürsə, əl-ələ tutmağın ağrıkəsici təsiri də o qədər güclü olur”.

 

(Visited 255 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir