Azərbaycanda əhalinin orta yaş həddi açıqlanıb. APA-nın xəbərinə görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov Akademiya və Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında bildirib ki, XX əsrin 30-cu illərində əhalinin orta yaş həddi 30,5 olub.
Akademik deyib ki, hazırda Azərbaycanda əhalinin orta yaş həddi 75,2-dir: “Cəmiyyətimizdə indi belə bir fikir var ki, babalarımız daha uzun ömür yaşayıblar. Lakin statistikaya nəzər salanda görürük ki, elə olmayıb”.