Sağlam həyat tərzinə keçərkən, bir çox insan hədəflərinə çata bilməz. Bunun səbəbi düzgün sağlıqlı qidalanma strategiyasını seçməmək ola bilir. Amma vəziyyətə daha yaxından yanaşsaq, sağlam məhsullar haqqında məlumatın çoxumuzda əslində yanlış olduğunu öyrənəcəyik.
Medpress.az xarici mediaya istinadla o məlumatları təqdim edir. Sağlam qidalanma ilə bağlı məlum olanların tamamilə əfsanə olduğunu göstərən mühüm məlumatlar.
Təbii zənn etdiyimiz məhsullar
Təbii məhsulların normaldan daha çox sağlam olduğunu zənn edirik. Dərmansız məhsullar təbii ki, sağlamlığımız üçün daha faydalıdır, ancaq üzvi hesab edib pul verdiyimiz o məhsulların nə qədər sağlam olduğunu kimsə bilmir. Meyvə və tərəvəzlərin təbii olduğunu anlamaq üçün görünüşcə o qədər də cəlbedici olmayanları seçməyə önəm vermək lazımdır. Ekspertlərə görə, qurdludur deyə almadığımız almalar, qurdsuz olan almalara nisbətən daha sağlamdır.
Hazır meyvə suyu içmək
Meyvə suları çox şəkərdən ibarətdir və eyni zamanda pəhriz lifləri yoxdur. Bu vəziyyət həddindən artıq yeməyə və kilo artımına səbəb ola bilər. Meyvə suyu nə aclığımızı, nə də susuzluğumuzu təmin edir. Bunun yerinə, təzə meyvə sularına üstünlük vermək daha yaxşı olacaq.
Qəhvəyi qabıqlı yumurtalar
Qəhvəyi rəngli yumurtanın kənd yumurtası olduğuna dair olan inanc tamamilə yalandır. Yumurta qabığının rəngindən daha çox, bağçada eşələnən toyuq yumurtası olub-olmadığına diqqət etmək lazımdır. Mütəxəssislər sağlamlıq üçün ən faydalı olanının açıq havada saxlanılan toyuq yumurtası olduğunu deyirlər.
Yağsız məhsullar
Balanslı və sağlam pəhriz üçün normal yağ tərkibi olan məhsullar lazımdır. Yalnız həqiqi tibbi səbəblərdən yağları həyatımızdan çıxarmamız lazımdır. Sağlam bədənin sağlam yağlara ehtiyacı var. Kifayət miqdarda alınan kərə yağı və zeytun yağı bunların ən önəmliləridir.
Yediyimiz qida həcmlərini məhdudlaşdırıb kalorini unuduruq
Suda qaynadılan yumurtaya üstünlük vermək doğrudur. Ancaq yağda bişirilən tək bir yumurta əvəzinə 2 ədəd suda qaynadılan yumurtada kalori miqdarı baxımından daha çox olacaq. Sağlam bir seçim etmək istəsəniz, bir dənə suda qaynadılan yumurta yeməlisiniz.
Quru meyvələr
Çoxumuz qurudulmuş meyvələrin sağlam olduğunu düşünürük. Ancaq vəziyyət heç də elə deyil. Qurudulmuş meyvənin faydalılığı və ya zərəri birbaşa bişirildiyi və toplandığı şərtlərə bağlıdır. Qayda olaraq, istehsalçılar meyvələri qurutmadan öncə kimyəvi bir tərkib ilə qarışdıraraq meyvələrin ömrünü uzatmağa nail olurlar, bu faydalı xüsusiyyətlərini azaldır. Qurudulmuş meyvələri evdə özünüz hazırlasanız, daha yaxşı və sağlam olardı.