Ağıldankəm insanların yaşadığı bir kənd – MARAQLI

Şimali Holandiyanın o qədər də böyük olmayan mənzərəli Xoqvey kəndində 160-a yaxın insan yaşayır. Onların əksəriyyəti yaşlılardır, burada fəal həyat sürürlər: gəzişirlər, mağazalara və restoranlara gedirlər, parkda şahmat oynayır, konsertlərə gedir və birlikdə xüsusi dərnəklərdə yaradıcılıqla məşöul olurlar.

 

Medpress.az-ın xarici mediaya istinadən bildirir ki, bu yerin yeganə özəlliyi kənd sakinlərinin demensiyadan ( ağılsızlıq – ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) əziyyət çəkmələridir.

 

Xoqvey sözün həqiqi mənasında qocalar evidir, ancaq ideal yerdir. 1993-cü ildə bu evi ilk dəfə öz qapılarını açıb və ona bənzər digər yerlər kimi görünür. Lakin rəhbərlik və əməkdaşlar tezliklə başa düşüblər ki, ahıl insanların xoşbəxt yaşamaları üçün tamamilə başqa şərait olmalıdır. Beləliklə,  yeni kənd tikilməyə başlayıb.

 

Hazırda 1,5 hektarlıq ərazidə 23 ev var və onun hər birində 6-7 adam və onlara yemək hazırlayan və yır-yığış edən, eləcə də təhlükəsizliyə nəzarət edən qəyyum var.

 

Maraqlıdır ki, evlərin hamısı müxtəlif  üsulda tikilib və bəzədilib, pasiyentlər onlara harada yaşamağın daha əlverişli olduğunu özləri seçə bilirlər. Kənd ərazisində kiçik çay, mağazalar, kafe və iki restoran da var. Burada kiçik park, konsert və teatr tamaşalarının göstərildiyi ümumi mərkəz də yerləşir. Bundan əlavə, kənddə xəstəxana, idman zalı və yaradıcılıqla məşğul olmaq üçün bir neçə sinif də var.

 

Onlar özlərini xəstəxanada hiss etmirlər, xəstəliklərinə baxmayaraq, mükəmməl və məzmunlu həyat sürürlər.

 

İstənilən gün doğmaları və dostları onların yanına qonaq gəlir, eləcə də əraziyə turistləri buraxırlar. Pasiyentlərin özləri kəndin ərazisini tərk edə bilməzlər. Ümumiyyətlə, bu onlara o qədər də lazım deyil.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir