Ufada həkimdən müdafiə olunmağa cəhd edən sərxoş xəstə avtomat qələmi onun gözünə soxub.
Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, insident Medeleev küçəsindəki evlərdən birində qeydə alınıb.
Kişiyə təcili yardım briqadası çağırılıb, sərxoş pasiyent müayinə edilməsinə müqavimət göstərib, sonra ani məqamda qələmi götürərək onu həkimin gözünə soxub.
Yaralanan həkim xəstəxanaya yerləşdirilib, müstəntiqlər araşdırmaya başlayıblar.