Varlılar kasıblardan 9 il çox yaşayır – ARAŞDIRMA

Belçikanın Luven Katolik Universitetinin alimləri “belçikalıların ölümə qarşı bərabərlik və qeyri-bərabərlik” məsələsini öyrəniblər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticəsinə görə,  varlı siniflər və yoxsul əhali arasında sağlamlıq vəziyyəti məşhur “zəngin və sağlam olmaq daha yaxşıdır”  həqiqətini təsdiqləyir: yoxsulların gözlənilən ömrü varlılarla müqayisədə qadınlarda 6,6, kişilərdə 9,1 il qısa olur.

 

Bütün belçikalıların 1991-ci ildən 2016-cı ilədək əhalinin milli reyestrinə daxil edilən fərdi məlumatların müqayisəsini, 1991, 2001 və 2011-ci illərdə siyahıyaalmanı və arxivlərdə ölüm şəhadətnamələrini öyrənən araşdırmaçılar sosial qruplar arasında sarsıdıcı fərqləri təsdiq ediblər.

 

Başqa sözlə, ən yaxşı sosial-iqtisadi mövqedə olan, daha yüksək səviyyəli təhsil alan və daha keyfiyyətli yaşayış yerinə sahib olan insanlar kifayət qədər – bəzən də sosial cəhətdən imkansız olanlardan 10 il çox yaşayırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir