Erməni həkim narkoz altında gənc qızları zorladı

Dekabrın 19-da Peterburqun tanınmış “Yuventa” diaqnostika mərkəzinə  polis əməkdaşları gəliblər. Onlar birbaşa iş yerində 58 yaşlı həkim anestezioloq-reanimatoloq Armen Ohanesyanı saxlayıblar.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, buna səbəb gənc pasiyentin həkimi ona qarşı seksual xarakterli hərəkətlərdə günahlandırması olub. Bir az sonra gənc pasiyentə digər zərərçəkənlər də qoşulublar.

 

– Dekabrın 19-da qız narkozdan ayılıb. Ancaq bu müddətdə yanında olan və ona qarşı müəyyən hərəkətlər edən adamı xatırlayıb – tibb işçiləri deyiblər. – Biz hüquq-mühafizə orqanlarını mərkəzə çağırdıq, oradaca Armen Ohanesyanı saxladılar.

 

35 illik stajı olan anestezioloq ittihamı təkzib edir. Polis formasında olan adamları görəndə, onun halı pisləşib – qan təzyiqi qalxıb, ürəyi tutub… Polis şöbəsi əvəzinə həkimi klinikaya aparıblar.  Armen Aqasiyeviç hələ ki pipetlər altında özünə gəlir, onu bir neçə polis əməkdaşı mühafizə edir. Bu, onun qaçmaması üçün görülən əlavə tədbirdir.

 

Erməninin son illər Peterburqun bir neçə özəl klinikasında işlədiyi və bir qəbulunun 1300 rubla başa gəldiyi bildirilir.

 

Qhanesyana hələ ki ittiham irəli sürülməyib. Lakin müstəntiqlər onun ehtimal olunan qurbanlarını – 3 qızı dindiriblər. Onların 16, 17 və 21 yaşda olduqları bildirilir. Məlumata görə, erməni 3 qızdan birini zorlayıb. Müstəntiqlərə istinadən bildirilir ki, o biri qızlara qarşı da seksual xarakterli hərəkətlər edib. Qızların üçü də eyni gündə bu əməllə üzləşiblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir