Ölümcül xəstə kişi sevgilisi ilə xəstəxanada nişanlandı

Sinqapurda həkimlər xərçəng xəstəsi olan kişiyə sevgilisi ilə nişanlanmağa yardım ediblər.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, dekabrın 15-də onlayn-mağazanın sahibi, 58 yaşlı Pan Min Kvon xəstəxanadan çıxmadan 49 yaşlı sevgilisi, sığorta firmasına rəhbərlik edən Ko So Kuan ilə nişanlanıb. Mərasimdə 50 qonaq – cütlüyün dostları və qohumları, eləcə də keşiş iştirak edib.

 

 

Kvon noyabrın 9-dan xəstəxanadadır. Onu xəstəxanaya yerləşdirən kimi tibb bacılarına sevgilisinə evlənmək təklif edəcəyi ilə bağlı xəbərdarlıq edib. Noyabrın 17-də Kuandan onun arvadı olub-olmayacağını soruşub, mərasimi isə dekabrın ortalarına planlaşdırıb.

 

 

Xəstəxananın kollektivi qeyd edib ki, Kvon nişanlanmanı səbirsizliklə gözləyib. Tibb bacıları xəstəxananı hava şarları ilə bəzəyiblər və gəlinə makiyaj üçün kömək ediblər, xəstəxananın aşbazı isə onlar üçün tort hazırlayıb.

 

 

Cütlük artıq 8 ildir görüşür, onlar çay dequstasiyasında tanış olublar.

 

 

“Biz demək olar hər bazar günü görüşürdük. O, mənə hər gün zəng vurub işi barədə danışıb. Hər ikimizin işi çoxdur, lakin o həmişə mənə deyib ki, bir yerdə keçirdiyimiz hər anı dəyərləndirir”, – Kuan etiraf edib.

 

 

İki il əvvəl onlar öyrəniblər ki, kişi xərçəngin terminal mərhələsindədir, ancaq bu onların münasibətinə mane olmayıb. Qadın hazırda bütün sərbəst vaxtını sevgilisi ilə keçirməyə cəhd edir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir