Erməninin baş həkim olduğu xəstəxana yandırıldı

Moskva vilayətinin Yeqoryevsk şəhərindəki xəstəxananı işdən çıxarılan həkimlər yandıra bilərlər.

 

Medpress.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, insidentdən az əvvəl baş həkim dəyişikliyi ilə əlaqədar kütləvi işdən çıxarılma olub. Xəstəxanın rəhbərliyi postunu Qarik Xaçatryan gətirilib.

 

 

Yeni erməni rəhbər müavinini və şöbə müdirlərini işdən çıxarıb. Bundan əlavə, digər tibb işçiləri də kütləvi işdən çıxarılıblar. Hiddətlənən tibb işçiləri Baş Prokurorluğa kütləvi şikayət etsələr də, vəzifələrinə bərpa oluna bilməyiblər. Hazırda tibb müəssisəsinin əməkdaşları yanğını qisas almaq üçün işdən çıxarılan həmkarlarının törətdiklərini istisna etmirlər.

 

 

Xatırladaq ki, dekabrın 13-də naməlum şəxslər Yeqoryevsk mərkəzi xəstəxanasının girişini yandırıblar. Ölən və yaralanan olmayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir