Robotlar həkimləri işsiz qoyacaq…

İngiltərə Milli Səhiyyə Xidməti robot texnikasının tibb sahəsinə tətbiqi üzrə miqyaslı layihənin icrasına başlayıb. “Medpress.az” xarici mediaya istinadla xəbər verir ki, Britaniya Səhiyyə Nazirliyi Oksford Universitetinin alimləri ilə birgə həkimlərin əksər hissəsini robotlarla əvəzləməyi planlaşdırır. İlk robotlar xəstəxanalarda pasiyentlərin qeydiyyatını aparacaq və müalicə üçün tövsiyyələr verəcək.

 

İkinci mərhələdə tətbiq ediləcək robotlar isə sadə əməliyyatlar, o cümlədən dişlərin müalicəsini aparacaqlar.

 

Alimlərin sözlərinə görə, gələcəkdə belə robotlar avtomatik rejimdə doğuşda iştirak edəcək, ürək və beyin əməliyyatları aparacaqlar.

 

Bildirilir ki, ilkin mərhələdə robotların işinə insanlar nəzarət edəcəklər, daha müasir əməliyyatsız müalicə üsullarından istifadə isə daha çox xəstəni əməliyyat etməyə və xəstəliklərin qarşısını erkən mərhələdə almağa imkan verəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir