Böyük Britaniyada nadir anadangəlmə iki qüsurla – koloboma və mikroftalmiya – “pişik gözləri sindromu” ilə qız doğulub. Lilien Molnar adlı qız doğulandan sonra 5 gün ərzində gözlərini açmayıb. Məlum olub ki, onun gözləri kordur. Anası bunu biləndə, ürəyi gedib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, körpədə aşkar olunan koloboma insanın gözünü “pişikgöz” edir. Bu çatışmazlıq zamanı qüzehli qışanın ənənəvi dairəsi dar olur.
“Pişikgözlü” insanlar qaranlıqda daha yaxşı görür, ancaq real dünyada hər şey bir az başqa cür olur. Lilien yalnız qaranlıqda yox, həm də işıqda görmür. Qızın digər xəstəliyi mikroftalmiyadır. Bu halda bir, yaxud hər iki göz anomal kiçik olur.
Lilienin görmə orqanları sistemində problem olacağı hamiləlik dövründə məlum olub. Ancaq bu problemin nə qədər ciddi olduğu Lilienin doğulmasından sonra aydınlaşıb.
Valideynləri ümid edirlər ki, qızın sonrakı həyatında gözköçürmə mümkün olacaq və bunun sayəsində Lilien görə biləcək. Ancaq dünyada hələ ki, belə köçürmə etmirlər.