Bu kişilər zorakılığa daha çox meyilli olurlar… – HESABAT

Azərbaycan kişilərinin törətdiyi zorakılıqların bütün formalarının bağlı olduğu amillər açıqlanıb. Medpress.az “Report”a istinadla xəbər verir ki, “UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da bildirilir ki, kişilərin zorakılıq törətməsinə səbəb olan ilk amillərdən biri analarına qarşı zorakılığa şahidiolma və uşaqlıqda fiziki zorakılığa məruzqalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür.

 

 

GEM şkalasına əsasən, gender bərabərliyini daha az dəstəkləyən, xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir.

 

İqtisadi təzyiq də sözügedən amillər sırasındadır. Maliyyə çətinlikləri olan və daimi iş və ya gəlirin olmaması səbəbindən stress və psixoloji sarsıntı keçirən kişilər zorakılığa daha çox meyilli olur. Adətən, aşağı təhsilli kişilərin, ümumilikdə, daha çox zorakılıq etməsi müşahidə olunur.

 

Tədqiqatda iştirak edən kişilər uşaqlıqda xüsusilə fiziki zorakılığın daha ağır formalarından əziyyət çəkdiklərini qeyd ediblər. Belə ki, kişilər qadınlardan daha çox ağır əşyalarla döyülüb, döyülmə nəticəsində bədənlərində çapıq və zədələrin qalması barədə məlumat veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir