Bu şəxslərə naringi yemək qadağandır

“Qastrit, mədə və ya bağırsaq xorası, xolesistit, hepatit diaqnozu qoyulmuş şəxslər üçün naringini menyudan çıxarmaq daha yaxşıdır”.

 

Medpress.az“-ın məlumatına görə, bunu dietoloq və endokrinoloq Tatyana Boçarova deyib.

 

“Naringi, tərkibində çox miqdarda askorbin və limon turşusu ehtiva edir ki, bu da mədənin turşuluğunun artması ilə digər xəstəliklərin inkişafına səbəb ola bilər. Naringini xüsusilə də kök insanlar üçün acqarına yemək tövsiyə edilmir. Belə ki, bir neçə dilim iştahı açır”, – deyə dietoloq RİA “Novosti”yə bildirib (Report).

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir