Yeməklərə gözəl bir ətir qatan və ləzzətini ikiyə qatlayan sarımsaq və soğanı çox sevirik. Ancaq bu tərəvəzləri əldə doğramaq məcburiyyəti bu vəziyyəti bir qədər işgəncəyə çevrir. Siz də sarımsaq və soğan doğrayandan sonra əlinizə hopan qoxudan əziyyət çəksəniz, sizə verəcəyimiz üsulları sınaqdan keçirin.
Medpress.az xarici mediaya istinadən həmin üsulları təqdim edir.
Metal qaşıq
Bıçaq çəngəl və qaşıq kimi metal əşyalardan qoxunu aradan qaldırmaq üçün istifadə edə bilərsiniz. Bunun üçün etməniz lazım olan şey: Qaşığı əllərinizlə tutun və suyun altında qaşığı ovxalayın. Qısa müddətdə qoxunun uçub getdiyini biləcəksiniz.
Limon suyu
Limonun suyunu bir kasaya sıxın və əllərinizi təxminən 3 dəqiqəyə qədər limon suyunda saxlayın. Artıq əllərinizdən sarımsaq deyil, limon iyi gələcək.
Duzlu su
Su və duz qarışığı da qoxunu aradan qaldırmaq üçün olduqca yaxşı bir üsuldur. Süfrə duzunu və az bir miqdar suyu pasta konsistensiya gələnə qədər qarışdırın. Bu qarışıqla əllərinizi ovxalayın. İki dəqiqə sonra əllərinizi yaxalayın. Bu üsul işə yaradı.
Kartof
Kartofdakı nişasta əllərinizdə olan sarımsaq və soğan qoxusunu qısa müddət içərisində yox edəcək. Kartofla əllərinizi ovaraq bu üsulu təcrübədən keçirin.
Diş məcunu
Əllərinizə diş məcunu sürtün, 2 dəqiqə gözləyin və sonra yuyun. Diş məcunu üsulu əldəki iyi keçirib, eyni zamanda sevinc hissi verəcək.