Cəmiyyət qadınları, xüsusilə nikahda olmayanları cinsi əlaqəyə görə qınayır. Lakin elm adamları zövq almaqdan boyun qaçırmayan xanımların daha yüksək zəkaya sahib olduğunu müəyyən ediblər.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Böyük Britaniyadan olan alimlərin fikrincə, ahıl yaşda seks intellektual bacarıqlar üçün yaxşı təsir göstərir.
Eksperiment göstərib ki, müntəzəm sekslə məşğul olan insanlar riyazi tapşırıqların öhdəsindən daha yaxşı gəlirlər. Bu həm kişilərə, həm də qadınlara aiddir.
Mütəxəssislər ehtimal edirlər ki, dopamin, yaxud oksitosin kimi hormonlar zehni fəaliyyəti gücləndirir.