Nepalın paytaxtı Katmandanın 450 kilometr qərbində yerləşən Xumla rayonunda 10 nəfər naməlum xəstəlikdən ölüb.
Medpress.az xarici mediaya istinadən bildirir ki, yerli hakimiyyətin məlumatına görə, xəstəlik əsasən yaşlılar və uşaqlarda aşkarlanıb. Rayon rəhbərinin sözlərinə görə, ötən həftə bir neçə kəndi əhatə edən naməlum xəstəliyin əlamətləri 200-dən çox insanda aşkar olunub.
Son məlumata görə, bu zəstəlikdən artıq 10 nəfər ölüb.
“Həkimlər xəstəliyə yoluxanlara tibbi yardım göstərir. Biz hesab edirik ki, vəziyyəti tezliklə tam nəzarətə ala biləcəyik”, – rayon rəhbəri əlavə edib.
Həkimlər xəstəliyə dəqiq diaqnoz qoymaq və tam müalicəsinə başlamaq üçün yerli əhalidən analizlər götürür və laboratoriyada araşdırma aparır.