Bakıda yeni doğulan körpə ölüb.
Medpress.az trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 51-də yerləşən “German” Hospitalda baş verib.
33 yaşlı Samirə Cəfərova aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.