“Times” qəzetinin xəbərinə görə, Polşa Səhiyyə Nazirliyi əhali sayını artırmaq üçün hazırladığı təbliğat videosunda cütlüklərə “dovşanlar kimi sevişin” mesajı verilir.
Medpress.az xəbər verir ki, Nazirliyin Youtubeyə qoyduğu 30 saniyəlik videonun əvvəlində xoşbəxt bir şəkildə kahı və yerkökü yeyən 10-dan çox dovşan görünür.
Dünya Bankına görə, ölkədəki doğum nisbətinin qadın başına üç uşaq olduğu ölkədə bu nisbət 2015-ci il etibarilə 1,32-e düşüb və keçən il ilk dəfə ölənlərin sayı, anadan olanları keçib. Polşa Milli Səhiyyə Proqramının tövsiyəsi isə, eynilə dovşanlar kimi rahatlanmaq, sağlam yemək, məşq və daha sonra dovşanlar kimi çoxalmaqdır.
Videoda danışan da “Valideyn olmaq istəyirsinizsə, dovşan nümunəsini izləyin” deyir. Videoda əylənməyə gələn, bir-birinə aşiq bir cütlük yalnız üç saniyə görünür. Daha sonra qadın kişinin əlini sığallayır və səbətdə də bir dovşan olduğu görünür.
Xəbərdə fikirlərinə yer verilən Polşa Dil Şurasından Yeji Bralcyk isə “Bu, ölümcül bir fikirdir. Çünki Leh dilində dovşanlar və çoxalma arasında çox mənfi bir kontekst var” deyir.
Səhiyyə Nazirliyi isə “heç kəsi narahat etməyəcək və sadə görünməyəcək bir şəkildə” mövzu ilə bağlı fərqi artırmaq istədiklərini söyləyib.