Böyük Britaniyadan olan mütəxəssislər iddia edirlər ki, günəşdən qorunmaq üçün ucuz qiymətə satılan eynəklər gözün sağlamlığına ciddi təhlükə yaradır, bəzi hallarda korluqla nəticələnə bilər.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elmi əməkdaşlar iddia edir ki, problem ultrabənövşəyi şüalanmadan aksessuarın az qorunmasıdır.
Ekspertlərin çoxu ehtimal edirlər ki, bu cür eynəklərdən istifadə yaxşı heç nə vəd etmir. Ona görə ki, belə eynəklərdən çox istifadə gözü ömürlük zədələyə bilər.
Bundan əlavə, ucuz eynəklər kataraktın inkişafına da gətirib çıxara bilər.