Hepatit B qan yoluyla yoluxan və qaraciyərdə əmələ gələn bir xəstəlikdir. Hepatit B virusunun infeksiya və ya başqa yollarla bulaşması nəticəsi görülür. HBV infeksiyası müalicə edilməzsə, ciddi qaraciyər narahatlıqlarına yol aça bilər. Qaraciyərin sirrozu və qaraciyər xərçənginə yol açan Hepatit B virusunun əlamətləri və necə yoluxduğu insanlar tərəfindən araşdırılır.
Medpress.az xarici mətbuata istinadla bu xəbərdə “Hepatit B nədir”, “Hepatit B necə yoluxur” və “Hepatit B əlamətləri nələrdir” suallarının cavablarını verəcəyik. Dünyada təqribən 250 milyon Hepatit B virusu daşıyıcısı olmaqla bərabər ildə 500 min nəfər də Hepatit B mənşəli qaraciyər xərçəngindən həyatını itirir.
Bir nəfərin HBV ilə ilk dəfə zəhərli olmasına kəskin hepatit deyilir. İntensiv hepatiti olan xəstələrin çoxu problemsiz bir şəkildə yaxşılaşır. İntensiv hepatit inkişaf edən yetkin xəstələrin 1-2 faizində fulminan hepatit adı verilən ölümcül olan bir ağırlaşma inkişaf edir. Problemsiz sağalan xəstələrin 5 faizində virus qaraciyərə yerləşir və illərlə çoxalır. Bu adamlar daşıyıcı adlanır və uzun müddətli bu infeksiyaya görə qaraciyərdəki zədə inkişaf edərsə, buna xroniki hepatit deyilir. Hepatit B-nin ciddi ağırlaşanın çoxu xroniki infeksiyadan irəli gəlir. Bu ağırlaşmalar, qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və qaraciyər xərçəngidir. Xroniki Hepatit B infeksiyası olan şəxslərin qaraciyər xərçənginə yaxalanma riski daşıyıcı olmayanlara görə 12-300 qat daha çoxdur. Xroniki Hepatit B infeksiya olanların təxminən 25 faizi araciyərin sirrozu və ya qaraciyər xərçəngi səbəbiylə ölür.
Xəstəliyin diaqnostikası laboratoriya analizləri ilə edilir. Qan alınaraq aparılan bu analizlərdə adamın Hepatit B xəstəsi olub-olmadığı, ya da Hepatit B peyvəndinə ehtiyacı olub-olmadığı aydınlaşır. Əgər sağlam adam Hepatit B virusuna yoluxursa, orta hesabla 75 gün (bu müddət 180 günə qədər uzana bilər) hər hansı bir əlamət verməyə, ya da laboratoriyada tədqiq edilməyə bilər. Bu üzdən şübhəli münasibət, ya da kontaminə iynə ucu batması kimi hadisələrdə analizlər bu müddətin sonunda təkrarlanmalıdır. Bəs, Hepatit B hansı yollarla yoluxur?
Hepatit B necə yoluxur?
Hepatit B qan yoluyla yoluxan bir virusdur. Yoluxma, virusun bir şəkildə sağlam insanın qanına qarışması ilə olur. Bu səbəbdən virusu daşıyan mayenin (qan və ya başqa bədən mayeləri) adamdakı bir yara ilə təmas etməsi lazımdır. Xəstəlik oral yol ilə, yəni yoluxucu maddələrin (yeyəcək, içəcək) birmənalı alınması ilə yoluxmur. Hepatit B-nin yoluxma yolları:
– Ülgüc, diş fırçası və s. materialların birgə istifadəsi
– Zəhərli insanın qanı və ya açıq yarası ilə birbaşa təmas
– İnjektor və ya digər kəsici alət yaralanmaları vasitəsilə qan ilə təmas
– Nəzarət edilməmiş qan nəqli, ya da qan məhsullarının istifadəsi
– Təmizlənməmiş vasitələrlə tibbi və ya diş müdaxilələri
– Anadan körpəyə doğum zamanı
– Təmizlənməmiş vasitələrlə döymə və ya bədən bəzəklərinin həyata keçirilməsi
– Etibarlı olmayan cinsi əlaqə ilə yoluxa bilir.
Hepatit B-nin əlamətləri nələrdir?
Hepatit B xəstəliyinin bir çox əlaməti olmaqla bərabər insanın immunitet sistemi və yaşından da asılı olaraq dəyişə bilər. Bəzən də əlamət verməyə və birbaşa qaraciyərə qaraciyərin sirrozu və ya qaraciyər xərçəngi diaqnozu qoyula bilər. Bunun xaricində digər Hepatit B əlamətləri:
– Göz axınlarında sararma
– Həddindən artıq halsızlıq
– Ayaqlarda şiş
– Anoreksiya
– Çəki itkisi
– Qarında şişlik
– Qanaxmanın qarşısının çətin alınması
– Qanlı qusma
– Sarılıq
– Tünd rəngli sidik etmə,
– Bulantı-kusma,
– Qarın ağrısı kimi əlamətləri ola bilər.
Hepatit B virusundan qorunmanın yolları
Hepatit B virusundan qorunmağın bir çox yolu var. Bunların ən başında isə Hepatit B peyvəndi olmaq gəlir. Bunun xaricində xüsusilə səhiyyə kadrlarının riski çoxdur. Çünki bunlar adətən xəstələrin qanları ilə təmas edir. Bütün hamilə qadınlara qan testi edilərək, Hepatit B virusu daşıyan anaların körpələrinə doğum sonrası Hepatit B qoruyucu zərdabı və Hepatit B peyvəndi tətbiq edilməlidir. Cinsi yolla yoluxmanın qarşısının alınması üçün peyvənd tətbiq edilməlidir. İnjektor və cərrahı materialların sterilləşdirilmiş və ya tək istifadə olmasına diqqət edilməlidir. Damar içi maddə istifadəçiləri tərəfindən iynə, şpris və digər inyeksiya avadanlığı edilməməlidir. Döymə, piercing, iynəbatırma ilə müalicə tətbiq edilməsi aparılan yerlərdə bir dəfə istifadə üçün nəzərdə tutulan sterilləşdirilmiş material istifadə edilməlidir. Ailə içində Hepatit B daşıyıcısı olan şəxslər ilə kütləvi yaşayış sahələrində qalan insanlar üzqırxan maşını, diş fırçası, dırnaq qayçısı kimi şəxsi materialları birgə istifadə etməməlidir.