İt olmaq istəyən kişi dostlarını görəndə hürür

İngiltərənin Böyük Mançester qraflığının Solford şəhərindəki  mağazanın meneceri  insan-it olmaq qərarı verib. 37 yaşlı Kaz Ceyms dostlarına və heyvanlara hürür, əşyaları əli ilə yox, ağzında daşımağa üstünlük verir və it boşqabında yemək yeyir.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, onun xaltası, xalqa qayışı, pəncələri olan xüsusi kostyumu və maskası var. Rezindən olan iki kostyuma 400 funt sterlinq ödəyib. Xəzdən olan iki min funt sterlinliqlik kostyumu onun ölçüsü ürə Kanadada tikilib.

 

“Mən heç vaxt özünü insan hesab etməmişəm, – Ceyms deyir. – Mən həmişə özümü yerimdə olmayan it hiss etmişəm”.

 

Ceyms hesab edir ki, it cəhətləri onun davranışında altı yaşdan görünməyə başlayıb. O, oxşar maraqları olan insanları tapana qədər heç kimə öz hisslərini danışmayıb. Bu zaman Ceyms inandırır ki, onun hobbisi fetişizmlə bağlı deyil və seksual gizlilikdən məhrumdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir