Yağlı yemək, yavan yemək?

Yağlı qidalar qəbul edilməsi ömrü uzadır. Medpress.azthe-challenger.ru” saytına istinadla xəbər verir ki, ABŞ-ın Stenford və Harvard universitetlərinin alimləri uzunmüddətli tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.

 

Alimlərin fikrincə, doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır. Bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər orqanizmdə daha tez sorulur və piylənməyə səbəb olmur. Heyvan mənşəli yağlar da piylənmə və artıq çəkiyə, eləcə də müxtəlif xəstəliklərə aparıb çıxarır.

 

Tamamilə yağsız yeməklər qəbul edilməsi də məsləhət görülmür, çünki belə qidaların qəbulu maddələr mübadiləsini pozur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir