Olqa Usikin 38 yaşı olub. O, ilyarım əvvəl ərə gedib və tezliklə hamilə qalıb. Bu onun ilk övladı olub. Qadının əvvəllər sağlamlığı ilə bağlı problemi olmayıb.
Medpress.az Belarus mediasına istinadla xəbər verir ki, Olqa hamilləliyinin əvvəlində Minskdə müayinələrdən keçib. Həkimlər orada yaşına görə heç bir ağırlaşma müşahidə etməyiblər. Hər şey normal olub. Doğuş martın 24-nə planlaşdırılıb.
Xoşagəlməz vəziyyət martın 2-də başlayıb. Qadın həkimlərə müraciət edib, onun təzyiqi birdən 130-a yüksəlib, sonra 145-ə qədərçatıb. Olqanı xəstəxanaya yerləşdiriblər.
Martın 4-də sutka boyu xüsusi aparata qoşulub, təzyiqinin aşağı salınması üçün dərmanlar verilib. Qeysəriyyə əməliyyatı martın 6-na planlaşdırılıb, ancaq axşam həkimlər süni doğuşa çağırılıblar. Oğlan uşağı doğulub. O, ölmüş vəziyyətdə olub. Olqa onu qucaqlayıb və huşunu itirib. O, heç bir yardımla özünə gəlməyib.
Qadın martın 6-da ölüb, martın 8-də isə onu uşağı ilə birlikdə bir qəbirdə dəfn ediblər.
Ölümün səbəbi hələ ki müəyyənləşdirilməyib. Bu faciə ilə bağlı hələ ki rəsmi versiya da yoxdur.