Sarımsaq yeməyin daha bir faydası AÇIQLANDI

Çinli alimlər kolorektal xərçəngin (yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma) profilaktikasında vacib rol oynayan məhsulun adını açıqlayıblar. Onların iddiasına görə, sarımsaq, baş soğan və kəvər bədxassəli yenitörəmələrin bu növünün inkişafı riskini azalda bilər.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, alimlər araşdırmanın gedişində kolorektal xərçəng olan 833 xəstənin və bir o qədər də sağlam insanın yaş, cins, yaşayış yeri, eləcə də qida rasionu amillərini nəzərə almaqla informasiyaları təhlil ediblər.

 

Müəyyən olunub ki, soğan sevənlərdə kolorektal xərçəngin inkişafı riski bu məhsulu öz rasionuna minumum miqdarda daxil edənlərlə müqayisədə 79 faiz aşağı olub.

 

Alimlərin fikrincə, soqan və sarımsağın tərkibindəki xüsusi birləşmələr müaliccə effektlidir. Əldə edilən nəticə ilə bağlı mütəxəssislər kolorektal xərçəngin ilkin profilaktikasında gələcək həyat tərzinin dəyişdirilməsinin vacibliyini vurğulayıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir